Tətilə çıxan bir çox turistlər yalnız bank kartlarından istifadə etməyə üstünlük verirlər. Lakin maliyyə mütəxəssisləri bu vərdişin ciddi risklər daşıdığını bildirirlər.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ekspertlər turistləri tətildə nağd pul da götürməyə çağırıb.
Ekspert bildirib ki, tətildə yalnız kartla ödəniş etməyə güvənmək bəzən baha başa gələ bilər:
“İnsanlar düşünür ki, komissiyasız bir kart kifayət edir. Lakin xaricdəki bankomatlar əlavə rüsum tələb edə bilər və məzənnələr çox zaman əlverişsiz olur. Bu isə xərcləri artırır. Bu riskləri azaltmaq üçün hər bir turist “maliyyə təhlükəsizlik yastığı” adlandırılan az miqdarda nağd pul da götürməlidir. Bu vəsait nəqliyyat, çaypulu və ya kartla ödənişin qəbul edilmədiyi məkanlarda çıxış yolu ola bilər”.
Ekspertlərdən əsas tövsiyələr:
Tətildə yalnız nağdsız ödənişə güvənməyin, yerli valyutada nağd vəsait də götürün;
Kartınızın komissiya və konvertasiya şərtlərini əvvəlcədən araşdırın;
Turist bölgələrindəki bankomat və valyuta mübadilə məntəqələrindən uzaq durun – bu məkanlarda əlavə xərclər daha yüksək ola bilər;
Mümkünsə, yalnız rəsmi bank filiallarından istifadə edin