Madrid və Barselonanı unudun:  Turistlərin heç bilmədiyi İspaniyadakı 5 sehrli məkan
21 may 2025 14:37 (UTC +04:00)

Madrid və Barselonanı unudun: Turistlərin heç bilmədiyi İspaniyadakı 5 sehrli məkan

İspaniya milyonlarla turisti öz məşhur şəhərləri ilə cəlb edir, lakin Madrid və Barselona ölkənin təqdim edə biləcəyi gözəlliklərin yalnız kiçik bir hissəsidir. Səs-küylü turizm mərkəzlərindən kənarda isə əsl İspaniya gizlənir – növbələrsiz, izdihamsız və yüksək qiymətlərsiz autentik atmosfer, inanılmaz memarlıq və təbiətlə dolu.

Lent.az bu 5 sehirli məkanı təqdim edir:

İspaniya Barselona və Madrid kimi məşhur turizm istiqamətləri ilə tanınır. Amma ölkə həm də turistlərin çoxunun xəbərsiz olduğu, amma bir o qədər sehrli olan yerlərlə zəngindir. Budur, turist izdihamından uzaq, unikal təcrübə təqdim edən beş gizli incilər:

1. Kadis – Avropanın ən qədim şəhəri, çimərliklər və tarix

İspaniyanın cənub-qərbində yerləşən Kadis, Qərbi Avropanın ən qədim fasiləsiz məskunlaşmış şəhəri hesab olunur. Onun dar küçələri, barokko kilsələri və ağardılmış evləri qədim dənizkənarı şəhər atmosferi yaradır. La Kaleta çimərliyi, San-Sebastyan və Santa-Katalina qalaları ilə əhatəlidir və gün batımını izləmək üçün ideal məkandır.

2. Merida – Ekstremaduranın ürəyində Roma irsi

Merida, Ekstremadura muxtar bölgəsinin paytaxtıdır və açıq hava muzeyi kimi tanınır. Burada Roma dövrünə aid teatr, amfiteatr, Diana məbədi və digər abidələr günümüzə qədər qorunub saxlanılıb. Ziyarətçilər bu şəhərdə qədim Roma dövrünün ruhunu hiss edə bilərlər.

3. Loqronyo – La Rioxanın qastronomiya paytaxtı

Loqronyo, La Rioxa bölgəsində yerləşir və şərab və mətbəx sevərləri üçün cənnətdir. Bu şəhər özünün tapas barları və yüksək səviyyəli şərab zavodları ilə tanınır. Şəhərin qədim küçələrində gəzinti zamanı regionun autentik atmosferi və dadları ilə tanış ola bilərsiniz.

4. Kuenka – Asılmış evlərə sahib orta əsr şəhəri

İspaniyanın mərkəzində yerləşən Kuenka unikal “asılmış evləri” (Casas Colgadas) ilə məşhurdur. Bu evlər Uekar çayı dərəsinin üzərində yerləşir. Bu orta əsr tikililəri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəhər həmçinin müze və mənzərəli təbiəti ilə diqqət çəkir.

5. Estepona – Kosta-del-Solda gül-çiçək içində bir şəhərcik

Estepona, Kosta-del-Sol sahilində yerləşir və autentik andalusiya atmosferi və gül-çiçəkli küçələri ilə seçilir. Şəhər çoxsaylı gül kompozisiyaları və yaşıllıq sahələri sayəsində “Kosta-del-Solun bağı”na çevrilib. Burada yalnız çimərliklər deyil, həm də Orxidari botanika bağı və təbiət parkları aktiv istirahət sevərləri üçün mövcuddur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar