Gündə 12 saatdan çox  günəş:   qış tətili üçün  dünyanın ən isti  10 yeri – SİYAHI
08 yanvar 2025 00:59 (UTC +04:00)

Gündə 12 saatdan çox günəş: qış tətili üçün dünyanın ən isti 10 yeri – SİYAHI

Əsl qışı qarlı və şaxtalı keçirən ölkələrdən bir çox turist ilin ən soyuq dövründə daha isti iqlimlərə getməyə üstünlük verir. "Qış günəşi" axtarışında planetin o biri ucuna uçmaq məcburiyyətində qalacağınız, ümumiyyətlə, qəbul edilsə də, Avropada ləzzət ala biləcəyiniz ortaya çıxır. 

Lent.az xarici KİV-ə istinadla “LA Travel”in son araşdırmasına istinadən noyabrdan mart ayına qədər yaxşı isinmək üçün dünyanın ən günəşli on yerinin siyahısını dərc edir. Reytinq bu ölkələrin hər birində gündə günəşli saatların sayına əsaslanır.

Reytinqə qışda gündə 12 saatdan çox günəşin olduğu Tanzaniyadakı Zanzibar arxipelaqı başçılıq edir.

Qış tətili üçün dünyanın ən günəşli 10 ölkəsi

1. Zanzibar, Tanzaniya - gündə orta hesabla 12,06 saat günəş

2. Male, Maldiv adaları – 11,88 saat

3. Keyptaun, Cənubi Afrika - 11.47 saat

4. Bali, İndoneziya – 10.71 saat

5. Qahirə, Misir – 10, 65 saat

6. Çianqmay, Tailand - 10.53 saat

7. Mayami, Florida - 10.53 saat

8. Tenerife, Kanar adaları, İspaniya – 10.35 saat

9. Fuerteventura, Kanar adaları, İspaniya – 10.35 saat

10. Mərakeş, Mərakeş – 10.06 saat

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1212
avatar

Oxşar yazılar