Dünyanın ən qeyri-punktual aviaşirkətləri - REYTİNQ
21 iyun 2024 12:05 (UTC +04:00)

Dünyanın ən qeyri-punktual aviaşirkətləri - REYTİNQ

Hava nəqliyyatı dünyada ən populyar səyahət formalarından biri olaraq qalır. Lakin bir çox sərnişin uçuş gecikmələri ilə üzləşir ki, bu da onların gələcək planlarına mənfi təsir göstərir. Analitiklər 2023-cü ildə ən punktual olan qlobal aviaşirkətlərin siyahısını tərtib ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, antireytinqdə lider Macarıstanın aşağı büdcəli "Wizz Air" aviadaşıyıcısı olub.

Keçən il Böyük Britaniya hava limanlarından keçən aviaşirkətlərin reysləri orta hesabla 31 dəqiqə 36 saniyə gecikib. Ləğv edilən uçuşlar araşdırmaya daxil edilməyib.

İkinci yerdə Türkiyənin “Turkish Airlines” şirkəti (28 dəqiqə 36 saniyə), üçüncü yerdə isə Britaniyanın “Tui” şirkəti (28 dəqiqə 24 saniyə) qərarlaşıb. Ən qeyri-punktual aviadaşıyıcılar siyahısında sonrakı yerlərdə "Air India" (28 dəqiqə 12 saniyə), Türkiyənin "Pegasus" Hava Yolları (25 dəqiqə 6 saniyə), "Air Portugal" (23 dəqiqə 48 saniyə), İspaniyanın "Vueling Airlines" (23 dəqiqə 6 saniyə) və İsveçrədir (22 dəqiqə 48 saniyə).

Doqquzuncu yerdə "Air Canada" (22 dəqiqə 6 saniyə) və "British Airways" (21 dəqiqə 36 saniyə) ilk onluqda qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3603
avatar

Fidan İlqar

Oxşar yazılar