Bu ölkədə turistlər qayda pozuntusuna görə 20 İL HƏBS OLUNACAQ
12 oktyabr 2024 10:45 (UTC +04:00)

Bu ölkədə turistlər qayda pozuntusuna görə 20 İL HƏBS OLUNACAQ

Məşhur tətil adası Balinin yerləşdiyi İndoneziya hakimiyyəti immiqrasiya qanunlarını sərtləşdirməyə qərar verib, bunun pozulmasına görə turistlər 20 ilə qədər həbs cəzası alacaqlar.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə, yeni qərar İndoneziyada qalma müddətinin pozulmasına görə cəzanı 6-12 aydan 10-20 ilə qədər artırır.

Üstəlik, cinayətdə şübhəli bilinən və beş ildən çox müddətə azadlıqdan məhrum etmə kimi ciddi pozuntulara yol verən əcnəbiləri ömürlük həbs cəzası gözləyir. Bu yenilik bütün ölkə ərazisində eyni vaxtda həyata keçirilən və xarici vətəndaşlar üzərində nəzarəti gücləndirmək məqsədi daşıyan “Jagratara 2024” əməliyyatının bir hissəsi kimi təqdim edilib. Qanunu pozanları tutmaq üçün əlavə 125 müfəttiş İndoneziya şəhərlərinin küçələrinə çıxacaq.

Eyni zamanda, İndoneziya Respublikasının Ədliyyə və İnsan Haqları Nazirliyinin İmmiqrasiya üzrə baş direktoru Silmi Kərim izah edib ki, bu addım təkcə cəza xarakterli deyil, həm də profilaktik xarakter daşıyır, çünki belə ciddi nəzarət qaydaları pozmazdan əvvəl əcnəbiləri iki dəfə düşünməyə vadar etməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2229
avatar

Fidan İlqar

Oxşar yazılar