Bu adaya köçüb yaşayanlara ayda 500 avro  veriləcək - TƏFƏRRÜATLAR
12 noyabr 2025 14:58 (UTC +04:00)

Bu adaya köçüb yaşayanlara ayda 500 avro veriləcək - TƏFƏRRÜATLAR

0

Əhali azalması ilə mübarizə aparmaq məqsədilə Yunanıstanın Antikitira adası yeni sakinlərə üç il ərzində hər ay 500 avro ödəyir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Egey dənizində yerləşən bu kiçik adada hazırda cəmi 24 nəfər yaşayır, lakin yay mövsümündə bu rəqəm 65-ə qədər artır.

Yerli icmanı dirçəltmək üçün Yunan Pravoslav Kilsəsi yeni gələn ailələrə hər ay 500 avro (təxminən 415 funt sterlinq) olmaqla, üç il müddətinə maliyyə dəstəyi göstərəcək. Ümumi yardım məbləği 18 000 avroya (təxminən 15 000 funt sterlinq) çatır.

Bu təşəbbüsün səbəbi əhalinin kəskin azalmasıdır. Son 40 ildə adanın sakinlərinin sayı təxminən 300 nəfərdən bu günkü 24 nəfərə enib. Bunun əsas səbəbi gənclərin iş və daha yaxşı imkanlar axtarışı ilə materikə və ya xaricə köçməsidir.

Layihənin məqsədi yeni ailələri cəlb etmək, yerli iqtisadiyyatı canlandırmaq və adanın unikal icmasını, mədəniyyətini qorumaqdır.

Qeyd edək ki, oxşar təşəbbüslər digər Avropa regionlarında da həyata keçirilir. Məsələn, İtaliyanın Sardiniya adası gənclərin axınını dayandırmaq üçün yeni sakinlərə köç qarşılığında 15 000 avroya qədər maddi dəstək təklif edir. Həmin adada bəzi evləri cəmi 1 avroya almaq da mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 416

Oxşar yazılar