Yupiterin buzlu peyklərinə kosmik missiya göndərildi
14 aprel 2023 23:21 (UTC +04:00)

Yupiterin buzlu peyklərinə kosmik missiya göndərildi

Avropa İttifaqı (Aİ) Yupiterin buzlu peyklərinə missiya göndərib. 

Lent.az BBC telekanalına istinadla xəbər verir ki, “Juice” (Jupiter Icy Moons Explorer) kosmik zondu Fransa Qvianasındakı Kuru kosmodromundan “Ariane-5” raketi ilə fəzaya buraxılıb.

Avropa Kosmik Agentliyinin (ESA) Almaniyanın Darmstad şəhərindəki missiyasına nəzarət üzrə əməliyyat direktoru Andrea Akkomazzo deyib: “Bizim missiyamız Yupiterə çoxlu sayda suallara cavab tapmaq üçün uçur. Zənnimcə, bu missiya zamanı astrofizika və astronomiya elmlərini daha da zənginləşdirə biləcəyik”.

Agentliyin baş direktoru Cosef Asçbaçer də 1,6 milyard avroluq missiyanın kosmik fəzaya təhlükəsiz şəkildə buraxılmasından qürur duyduğunu bildirib: “Ancaq hər kəsə xatırlatmalıyam ki, hələ çox uzun bir yol var. Biz bütün cihazların gözlənildiyi kimi işlədiyinə əmin olmaq üçün onları sınaqdan keçirməliyik və sonra təbii ki, Yupiterə çatırıq. Lakin biz hədəfimizə doğru çox böyük bir addım atmışıq."

“Juice” zondu Günəş sistemindəki ən böyük planetə onun əsas peyklərini – Kallisto, Ganymede və Avropanı öyrənmək üçün göndərilib. Bu peyklərin nəhəng maye su anbarları saxladığı düşünülür., Yupiter Günəş sisteminin soyuq, xarici hissəsində yerləşir və ondan çox uzaqdadır. Bu planet Yerə düşən işığın yalnız iyirmi beşdə birini qəbul edir. Lakin qaz nəhənginin peyklərinə etdiyi cazibə qüvvəsi o deməkdir ki, onlar sadə ekosistemləri idarə etmək üçün potensial olaraq enerji və istiliyə sahibdirlər. Bu, Yerin okeanın dibindəki vulkanik ventilyasiyaların ətrafında mövcud olan enerjisinə bənzəyir.

Böyük Britaniyanın Leyçester Universitetinin professoru Emma Bunce bununla bağlı bildirib: "Yupiterin “Europa” peykində buz qabığının altında bəlkə də 100 km dərinlikdə bir dərin okean olduğu düşünülür. Okeanın bu dərinliyi Yer kürəsinin ən dərin okeanından 10 dəfə çoxdur və onun qayalı zəminlə təmasda olduğu qənaətindəyik. Beləliklə, önümüzdə qarışıqlıq və maraqlı kimyanın olduğu bir ssenari var”.

“Ariane” raketinin kosmik zondu birbaşa təyinat yerinə göndərmək gücü yoxdur. Bunun əvəzinə, raket kosmik gəmini daxili Günəş sisteminin ətrafındakı bir yola göndərir. Daha sonra Yerin qravitasiyası vasitəsilə missiyanı nəzərdə tutulan yerə çatdırmaq mümkün olacaq. Zondun qarşısında 8,5 il davam edəcək 6,6 milyard kilometrlik yol var. Yupiterin “Jovian” sisteminə gəliş 2031-ci ilin iyulunda gözlənilir.

Buzla örtülmüş Kallisto, Ganimed və Avropa peykləri hələ 1610-cu ildə italyan astronomu Qalileo Qaliley tərəfindən icad edilmiş teleskopdan istifadə edərək kəşf edilib. O, onları Yupiter ətrafında dönən kiçik nöqtələr kimi görə bilirdi. Buzlu üçlüyün diametri 4800 kilometr ilə 5300 kilometr arasında dəyişir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3066
avatar

Oxşar yazılar