Ehtiraslı öpüş:  Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu  PAYLAŞDI
05 may 2025 15:13 (UTC +04:00)

Ehtiraslı öpüş: Cici Hadid ilk dəfə Bredli Kuperlə birgə fotosunu PAYLAŞDI

30 yaşlı supermodel Cici Hadid şəxsi bloqunda ilk dəfə aktyor Bredli Kuperlə birgə fotosunu yayımlayıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Cici bu fotonu 2025-ci ilin aprel ayında qeyd etdiyi ad günü mərasimindən paylaşıb. Şəkildə məşhurlar nəhəng tort fonunda bir-birilərini öpürlər.

"Anam, bacım, qızım, sevdiyim qadın, dost, həmkar – ətrafımda olan inanılmaz insanlara görə özümü çox xoşbəxt hiss edirəm".

Cütlük 2023-cü ilin payızından birlikdədir. Bundan əvvəl Cici Hadid aktyor Leonardo DiKaprio ilə münasibətdə olmuşdu, Bredli isə model İrina Şeyklə birlikdə idi.

Bredli Kuper, "Ulduz doğulur" filminin rejissoru, Cici Hadiddən 20 yaş böyükdür və İrina Şeykdən olan 8 yaşlı qızı Leyanı təkbaşına böyüdür. Hadidin isə müğənni Zeyn Malikdən 4 yaşlı qızı Xay var. 2025-ci ilin aprelində Cici Hadid barmağındakı üzük səbəbindən nişan şayiələrinə səbəb olmuşdu. Lakin insayderlərin dediyinə görə, cütlük bir neçə ay əvvəl hələ ki, evlilik planı qurmadığını bildirirdi. Buna baxmayaraq, ulduzlar nadir müsahibələrində bir-birilərinə olan güclü sevgilərini dəfələrlə vurğulayıblar:

"O, məni inanılmaz dərəcədə dəstəkləyir, mənə çox inanır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar