Xaçmazda intihar hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə Xaçmaz rayonu, Xudat şəhəri, Şollar qəsəbəsində qeydə alınıb.
Orada yaşayan, 73 yaşlı Bayramov Şamil Sultan oğlunun meyiti yaşadığı evin yaxınlığında olan köməkçi tikilidə asılmış vəziyyətdə aşkar edilib.
İntiharın səbəbləri məlum deyil.
Faktla bağlı Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.