“Youtube” videoplatformasının abunəçilərinin sayı 80 milyon nəfəri ötüb.
Lent.az xəbər verir ki, bu, il ərzində 30 milyon artım deməkdir. Artım başlıca olaraq musiqi sektorunun hesabına baş verib.
“Youtube” son bir ildə musiqi sənayesinə 6 milyard dollar ödəyib. Bununla belə, o, “Spotify”dan geri qalır. Sözügedən platformanın aunəşilərinin sayı 195 milyon nəfərdir.