“Xiaomi” şirkəti ən parlaq ekrana malik smartfon buraxacaq.
Lent.az “Gizmochina” portalına istinadən xəbər verir ki, şirkətin yeni təqdim edəcəyi “Xiaomi 14 Pro” 3000 nit parlaqlıqlı ekrana sahib olacaq
Məlumata görə, “Xiaomi 14 Pro” 6,7 düymlük OLED ekranla təchiz ediləcək. Kənar əyilmiş LTPO displey 1-dən 120 Hz-ə qədər yeniləmə sürətlərini dəstəkləyəcək və Gorilla Glass Victus 2 ilə qorunacaq.
Smartfon eyni vaxtda iki göstərici üzrə rekord vuracaq. Birincisi, qalınlığı cəmi 1 mm olan nazik çərçivələri olan ekranı proqnozlaşdırırlar. İkincisi, matrisin maksimum parlaqlığı 3000 nit-ə çatacaq.
Deyilənlərə görə, “Xiaomi 14 Pro” hələ buraxılmamış Snapdragon 8 Gen 3 çipinə sahib ilk smartfonlardan biri olacaq. O, 24 GB-a qədər LPDDR5x RAM və 1 TB-a qədər daxili UFS 4.0 yaddaşı ilə gələcək. Flaqmanın 4,860 mAh batareyası 120 Vt sürətli şarjı dəstəkləyəcək.
Cihaz, həmçinin üçqat 50 meqapiksellik kamera ilə təchiz edilib. Üstəlik, əsas optik sabitləşdirmə və dəyişən apertura ilə təchiz olunacaq.
“Xiaomi 14” seriyalı smartfonların təqdimatı 2023-cü ilin oktyabr-noyabr aylarında gözlənilir.