“WhatsApp” messenceri tezliklə bəzi iPhone modellərində işləməyi dayandıracaq və bu, köhnə cihazlara üstünlük verən istifadəçilər üçün xoşagəlməz xəbər olacaq. Tətbiq hazırda iOS 12 və əməliyyat sisteminin daha yeni versiyalarını dəstəkləyir.
Lent.az-ın “PhoneArena”ya istinadla xəbərinə görə, bBununla belə, 2025-ci il mayın 5-dən etibarən messencerdən istifadə etmək üçün iOS 15.1 və ya daha yüksək versiya tələb olunacaq.
iPhone 5s, iPhone 6 və 6 Plus sahibləri artıq “WhatsApp”dan istifadə edə bilməyəcəklər, çünki onların cihazları iOS-un yeni versiyalarını dəstəkləmir. Tərtibatçılar köhnə modellərin istifadəçilərinə əvvəlcədən məlumatlarının ehtiyat nüsxəsini yaratmağı və onu proqrama uyğun daha müasir qurğuya köçürməyi tövsiyə edir.
Əgər siz hələ də köhnəlmiş cihazlardan birini istifadə edirsinizsə və iOS platformasında qalmaq istəyirsinizsə, iPhone SE 4 sizin üçün uyğun ola bilər, şayiələrə görə, 2025-ci ilin mart ayında təqdim ediləcəyi deyilir.
Yeni iPhone SE modelinin Touch ID-ni əvəz edən Face ID üçün kəsikli 6,1 düymlük OLED displey alacağı gözlənilir. Bundan əlavə, qurğu 48 meqapiksel təsvir ölçüsünə malik təkmilləşdirilmiş kamera və “Apple” şirkətinin süni intellekt texnologiyalarını dəstəkləyən kamera ilə təchiz ediləcək. Smartfonun gözlənilən qiyməti 459 dollardan 499 dollara qədər olacaq.
Bundan əvvəl “WhatsApp” yeni funksiya təqdim etmişdi – səsli mesajları mətnə çevirmək. Oxşar funksiya “Telegram-“da mövcuddur, lakin o, yalnız premium versiyanın abunəçiləri üçün əlçatandır.