Whatsapp-da yeni funksiya: öz-özünə silinəcək
04 mart 2021 09:32 (UTC +04:00)

Whatsapp-da yeni funksiya: öz-özünə silinəcək

WhatsApp tətbiqin Android və iOS versiyası üçün yeni bir xüsusiyyət üzərində çalışdıqları ortaya çıxıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, WhatsApp üzərindəki işi ilə tanınan WABetaInfo tərəfindən kəşf edilən bu xüsusiyyət, söhbətlərdə göndərilən fotoların özünü məhv etməsini təmin edir. Bir müddət əvvəl geniş yayılmağa başlayan "özünü məhv edən mesajlar" kimi, indi də "özünü məhv edən fotolar" həyatımıza girmiş olacaq.

WhatsApp istifadəçiləri yeni funksiyanın tətbiqi ilə foto göndərmə səhifəsində yeni düyməni görəcəklər. Şəkli göndərmədən əvvəl bu düyməni basan istifadəçi öz-özünə məhv olan bir şəkil göndərmiş olacaq. Ancaq bu dəfə mesajlarda olduğu kimi müəyyən bir tarix təyin olunmayacaq. Söhbət səhifəsindən çıxan kimi həmin şəkil silinəcək və yenidən görünə bilməyəcək.

# 3081
avatar

Oxşar yazılar