“Twitter” şirkəti İlon Maskla 44 milyard dollar dəyərində sövdələşməyə razılaşıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, müqavilə Maskın keçən həftə şirkəti əldə etmək üçün 46,5 milyard dollar maliyyə vəsaiti ayırdığı açıqlamasından sonra baş verib.
Maskın təklifindən sonra “Twitter”-in İdarə Heyəti bu təklifi müzakirə etmək üçün toplaşıb.
“Ümid edirəm ki, mənim ən pis tənqidçilərim belə "Twitter"-də qalacaq, çünki bu, azad söz deməkdir”,- deyə Mask bildirib.