Xoş olmayan iş venesuelalı qadının başına gəlib.
Lent.az xəbər verir ki, qadının evdə işlətdiyi tozsoran robot (ağıllı tozsoran) qadının hamamda çılpaq şəklini çəkərək sosial şəbəkəyə ötürüb.
Qadın hadisədən 2 gün sonra iş yoldaşları sayəsində xəbər tutanda artıq gec idi. Fotonu on minlərlə adam görüb.
Qeyd edək ki, bəzi robotlar gördükləri işi avtomatik olaraq reklam xatirinə internetdə yayır. Venesuelalı qadın da bu səbəbdən biabır olub.
PS. Etik səbəbdən bu fotonu yaymırıq.