“Tesla” yenilənmiş “Model 3” elektrik sedanını təqdim etməyi planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Korporasiyadakı mənbələrin məlumatına görə, “Tesla” “Model 3”-ün yenilənmiş versiyasının hazırlanmasına başlayıb.
Şirkət hesab edir ki, yeni dizayn avtomobilin istehsalına qənaət edəcək və 2016-cı ildə buraxılmış modelə əlavə diqqət cəlb edəcək.
Xüsusilə, avtomobil istehsalçısının mühəndisləri “Model 3”-ün daxili hissələrinin sayını azaltmaq və avtomobilin yığılmasını sadələşdirmək niyyətindədirlər.
Avtomobildə gələcək dəyişikliklər “Highland” kod adlı layihədə birləşir.
“Model 3” ən ucuz “Tesla” elektromobilidir, qiyməti 47 min dollardan başlayır.