“Telegram”da ən bahalı virtual nömrə satılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Telegram”da qeydiyyatdan keçmək üçün təqdim edilən ən bahalı virtual nömrənin (+8888888) hərrac dəyəri 50,4 milyon rubla (təxminən 1 milyon 300 min manata) çatıb.
"Qızıl" nömrənin ilkin qiyməti 1000 TON (1880 manat) qiymətində olsa da, lakin iki həftə ərzində tariflər 300 000 TON-a (587 min manata) yüksəldi. Hazırda isə bu saytda ən bahalı nömrədir.
“Qızıl” adlandırılan “+8888888” bu nömrəni kolleksiyaçı bir şəxs alıb. Məlumata görə, həmin şəxsin adına yüzlərlə nömrə qeydiyyatdadır.
Qeyd edək ki, virtual nömrələr istifadəçilərə öz telefon nömrəsini təqdim etmədən və SİM kart olmadan “Telegram”da qeydiyyatdan keçməyə imkan verir.