16:11 26 fevral 2021

Telefonda ən çox oynanan oyunla bağlı YENİLİK

PUBG Mobile mobil cihaz istifadəçiləri tərəfindən ən çox oynanan oyunlar siyahısının başındadır.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, bu oyunun yayımçılarından biri olan Krafton yeni açıqlama verib. “PUBG:New State” adlı yeni mobil oyunun bu ilin sonunda Android və iOS əməliyyat sistemli mobil cihazlar üçün yayımlanacağını bildirib.

“PUBG Mobile”ın bu yeni oyunda silah fərdiləşdirmələrinin artdığını və hətta dronların oyuna əlavə edildiyini görürük. Silah əlavəsini işə salmaq, atış rejimi seçimi və silahın performansını artıracaq bəzi digər xüsusiyyətlər də oyuna daxildir. Bunlara əlavə olaraq oyuna çox sayda yeni vasitə əlavə olunduğunu görülür. “Tesla”ya bənzər avtomobillər və yarış motosiklləri görmək mümkündür. Şirkət ayrıca bu yeni oyunun xüsusiyyətlərini öyrənməyin asan, lakin mənimsəməyin çətin olduğunu söyləyib. Oyunun qrafikasının təkmilləşdirildiyi də diqqət çəkir.

# 1146
avatar

Oxşar yazılar