Telefona toxunmadan iPhone fənərini  necə yandırıb söndürmək olar?
08 yanvar 2026 11:26 (UTC +04:00)

Telefona toxunmadan iPhone fənərini necə yandırıb söndürmək olar?

0

Müasir smartfonlar o qədər ağıllıdır ki, hətta ən sadə funksiyaları belə, ekrana toxunmadan yerinə yetirmək mümkündür.

iPhone”də fənəri düyməyə basmadan necə yandırmaq olar?

Lent.az xarici mediaya istinadla bu barədə ətraflı məlumat verir.

Fənəri aktivləşdirmək üçün Siri səsli köməkçisindən istifadə edə bilərsiniz. Bunun üçün Sirini sizə uyğun olan üsullardan biri ilə çağırın:

“Hey Siri” deyin (əgər səsli aktivasiya açıqdırsa) ya da yan düyməni (köhnə modellərdə “Home” düyməsini) basılı saxlayın.

Daha sonra səsli əmr verin: “Fənəri yandır” və ya “Turn on my flashlight”.

Söndürmək üçün isə “Fənəri söndür” və ya “Turn off the flashlight” demək kifayətdir.

Əgər Siri “Hey Siri” əmrinə cavab vermirsə, “Siri və Axtarış” bölməsinə daxil olub bu funksiyanı söndürün, sonra yenidən aktivləşdirin. Sistem səsinizi daha yaxşı tanıması üçün qısa səs tanıma qurulmasını təklif edəcək.

Telefona toxunmadan fənəri yandırıb-söndürməyin digər yolları

Səsli idarəetmədən əlavə, iPhone-da fənəri tez aktivləşdirmək üçün başqa üsullar da mövcuddur: İdarəetmə Mərkəzi vasitəsilə (ekranı aşağı və ya yuxarı sürüşdürərək fənər ikonuna toxunmaq); Action Button düyməsi (iPhone 15 Pro və daha yeni modellərdə bu düyməni fənər üçün təyin etmək olar);  Back Tap funksiyası ilə telefonun arxa hissəsinə iki və ya üç dəfə toxunaraq.

Qeyd edək ki, daha əvvəl də mütəxəssislər iPhone-dan fləş kartlara şəkil ötürmək, eləcə də Android telefonlarda sistemi sürətləndirmək üçün keşin təmizlənməsi ilə bağlı faydalı tövsiyələr paylaşmışdılar.

Mütəxəssislər bildirirlər ki, bu cür gizli, lakin praktik funksiyalar gündəlik istifadə zamanı vaxt və rahatlıq baxımından böyük üstünlük yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 620

Oxşar yazılar