Sovet rəhbərliyi bütün dövrlərdə çalışıb ki, hər sahədə kapitalist ölkələrindən geri qalmasın.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hətta SSRİ mobil cihazlar, habelə “cib telefonu” layihəsi üzərində də “baş sındırıb”.
Bu gün əksəriyyətin ağlına belə gəlməz ki, SSRİ mobil telefon texnologiyasında dünyaca məşhur olan, bu sahədə ixtisaslaşmış “Motorolla” şirkətini qabaqlayırdı.
Sovetin ortaya qoyduğu modelin adı "Altay" idi. O vaxtkı "ağıllı telefon" daha çox bir növ əl telefonuna bənzəyirdi. Cihaz hətta satışa çıxarıldı. Bu, 1963-cü ildə baş verdi, hansı ki, “Motorolla” bu addımı illər sonra atacaqdı...