Sosial şəbəkələri qarışdıran YADPLANETLİLƏR OLUB   - İDDİA
05 oktyabr 2021 21:21 (UTC +04:00)

Sosial şəbəkələri qarışdıran YADPLANETLİLƏR OLUB  - İDDİA

Ötən gün sosail şəbəkələrin işi iflic olması milyonlarla insanın əsəbini oynatdı. Əvvəlcə “Facebook”, sonra “WhatsApp”, “TikTok” və “Instagram” fəaliyyətini dayandırdı. İT nəhəngləri bunun qlobal xarakterli olduğunu bəyan etsələr də, bu cavab heç kimi qane etmədi.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, sən demə bunun səbəbi yadplanetlilər imiş.

İddiaya görə, həmin gün insanlar panikaya düşərkən Naməlum Uçan Obyekt (NUO) Yerin səthinə yaxın olublar. Daha doğrusu, yadplanetlilər həmin anlarda uzunmüddətli Bişkek səmasında uçuşlar ediblər. 

Əvvəlcə naməlum göy cisminin “Baykonur" kosmodromundan buraxılan Rusiyaya məxsus raket olması ehtimal edildi. Lakin RİA Novosti-nin uçuşun bu gün saat 14:44-də başlayacağı ilə bağlı xəbər səmadakıların yadplanetlilər olduğunu yəqinləşdirdi

NUO-ların uçuşları şəhər sakinləri və bloqqerlər tərəfindən də lentə alınıb. 
 

# 6279
avatar

Rəsul SARI

Oxşar yazılar