Şimali Koreya lideri Kim Çen In BMT Təhlükəsizlik Şurasının dəbdəbəli mallara qarşı tətbiq etdiyi sanksiyalardan yayınmaq şəxsi avtomobilini “Maybach” markalı avtomobilə dəyişib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bu avtomobillə Şimali Koreya lideri Pxenyanda keçirilən Ümumrespublika Analar Konqresinə gəlib.
“Diqqətlə baxsanız, arxa qapıda “Maybach” brendini və baqajda S650 hərfini görə bilərsiniz. Görünür, bu, 2019-cu ildə buraxılmış yeni “Mercedes-Maybach” avtomobilidir”, - materialda deyilir.
Kim Çen Inın sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobilindən istifadə etdiyi məlum olub.