“Samsung” möhtəşəm kameralı yeni ucuz telefonunu  təqdim etdi
03 aprel 2024 11:48 (UTC +04:00)

“Samsung” möhtəşəm kameralı yeni ucuz telefonunu təqdim etdi

“Samsung” yeni orta səviyyəli smartfonunu  - “Galaxy M55”i təqdim edib.

Lent.az xəbər verir ki , o, böyük ekrana, uzunmüddətli yeniləmə dəstəyinə və rekord qıran selfi kamerasına malikdir .

Yeni məhsulun əsas özəlliyi 50 meqapiksellik ön kameradır. Müqayisə üçün qeyd edək ki, hətta “Samsung Galaxy S24 Ultra” kameralı telefonunda cəmi 12 meqapiksel təsvir ölçülü ön kamera var. Əsas kameraya gəlincə, o, üçqatdır, linzaları 50, 8 və 2 meqapikseldir.

Texniki xüsusiyyətlər 

Ekran: 6,7 düym, Super AMOLED+, Full HD+, 120 Hz, 1000 nit qədər parlaqlıq;

Prosessor: səkkiz nüvəli Qualcomm Snapdragon 7 Gen 1;

Yaddaş: 8 GB RAM, 256 GB daxili;

Kamera: əsas 50 MP (OIS ilə), ultra geniş bucaqlı 8 MP, makro 2 MP, ön 50 MP;

Batareya: 5000 mAh, sürətli doldurma 45 Vt;

Smartfonda həmçinin ekranın altında qurulmuş barmaq izi sensoru, “Samsung Knox Vault” təhlükəsizlik sistemi, “Dolby Atmos” dəstəyi və One UI qabığı ilə Android 14 var. Gələcəkdə cihaz Android 18 alacaq və bundan sonra daha bir il təhlükəsizlik yeniləmələri olacaq. 
 
Qeyd edək ki, “Samsung Galaxy M55”in qiyməti 540 dollardır. İki rəngdə mövcuddur - açıq yaşıl və tünd mavi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31753

Oxşar yazılar

Paltaryuyan maşını pis qoxudan  və kifdən necə xilas etməli?

Paltaryuyan maşını pis qoxudan və kifdən necə xilas etməli?

5 may 2025 , 14:53
Smartfon çantada niyə qızır: SƏBƏB

Smartfon çantada niyə qızır: SƏBƏB

5 may 2025 , 12:52
Wi-Fi, haradasan?  Smartfonunuzun yoxa çıxan bağlantısının  sirri açılır

Wi-Fi, haradasan? Smartfonunuzun yoxa çıxan bağlantısının sirri açılır

5 may 2025 , 11:56
"Skype" fəaliyyətini dayandırdı

"Skype" fəaliyyətini dayandırdı

5 may 2025 , 10:54
“Skype” bağlanır – Yerinə bu proqram gələcək

“Skype” bağlanır – Yerinə bu proqram gələcək

5 may 2025 , 04:42
Bu xüsusi “Mustang” dan sadəcə 5 ədəddir - FOTO

Bu xüsusi “Mustang”dan sadəcə 5 ədəddir - FOTO

5 may 2025 , 02:04
“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

“WhatsApp”da bir uğur - 3 milyardı ötdü

5 may 2025 , 01:07
“Uber” robot taksilərə  keçir

“Uber” robot taksilərə keçir

3 may 2025 , 18:48