Samsung “Galaxy S27” ilə bağlı  ilk məlumatlar gəldi
14 may 2026 01:14 (UTC +04:00)

Samsung “Galaxy S27” ilə bağlı ilk məlumatlar gəldi

0

Samsung qlobal operativ yaddaş böhranının istehsal xərclərinə təsirini azaltmaq üçün yeni addımlar atmağa hazırlaşır.

Lent.az xəbər verir ki, şirkət bahalı komponentlərdən biri olan ekran panelləri üçün öz istehsalından kənar alternativlərə yönəlir.

Artan yaddaş kartı xərcləri səbəbilə Samsung, flaqman telefonların qiymət artımını minimuma endirmək üçün yeni strategiyalar hazırlayır.

Belə ki, “Galaxy S26” seriyasındakı bahalaşmadan sonra şirkət “Galaxy S27” modellərində xərcləri azaltmağı hədəfləyir.

Bu çərçivədə Samsung əsas “Galaxy S27” modeli üçün çinli ekran istehsalçısı BOE ilə əməkdaşlıq imkanlarını müzakirə edir.

Məqsəd istehsal xərclərini azaltmaqdır. Lakin fərqli istehsalçılardan ekran alınması “Galaxy S27” modelləri arasında ekran keyfiyyəti fərqlərinin yaranması riskini də artırır.

Bunun üçün də Samsungun keyfiyyət nəzarətini sərtləşdirəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar