Qida tullantısını yeməyə çevirən texnologiya hazırlandı
03 fevral 2021 19:11 (UTC +04:00)

Qida tullantısını yeməyə çevirən texnologiya hazırlandı

Kaliforniya Universitetinin alimləri qida tullantılarının yeni qida yaratmağa xidmət edəcəyi bir texnologiya təqdim ediblər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, texnologiya hazırda inkişaf mərhələsindədir və qida tullantılarının fermentasiyası prosesinə əsaslanacaq.

Alimlərin sözlərinə görə, bundan sonra qalıqlar xüsusi bakteriyalar yaratmaq üçün əlverişli olacaq.

Emal zamanı ayrılan mikroorqanizmlər əkinçilik üçün gübrə rolunu oynayacaq.

Alimlər bu cür gübrələmənin faydalarının açıq olduğunu iddia edirlər.

Onların köməyi ilə yalnız məhsulu deyil, həm də bitkilərin müxtəlif xəstəliklərə qarşı müqavimətini artırmaq mümkün olacaq.

Tədqiqatçılar artıq nəzəriyyədən praktikaya keçiblər və qida tullantılarının emalının effektivliyini eksperimental olaraq sübut ediblər.

Mütəxəssislər, istehlakçıların yeyə biləcəklərindən daha çox qida satın aldıqları üçün tullantıların davamlı artmasına da diqqət çəkiblər.

Bu səbəbdən də zibil poliqonlarında qida məhsullarının kütləsi boş yerə parçalanır və bu da iqlim vəziyyətinin pisləşməsinə təsir göstərir.
 
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3600
avatar

Oxşar yazılar