NASA-nın 10 gün əvvəl start verilmiş “Orion” kosmik gəmisi Ayın orbitinə daxil olub.
Lent.az-ın xəbərinə görə, bu barədə NASA məlumat yayıb.
Agentlik bildirir ki, hazırda “Orion” Yerin yeganə təbii peykindən 64 000 kilometr məsafədədir. Bu dəfə raketin buraxılmasında məqsəd texnikanın keyfiyyətini yoxlamaqdır. Kosmik gəminin dekabrın 11-də Yerə qayıdaraq Atlantik okeanına düşməsi planlaşdırılır.
NASA-nın planına görə 2024-cü ildə boş kosmik gəminin Ay səthinə enişi planlaşdırılır. Növbəti il isə raket Ay səthinə amerikalı astronavtları aparacaq.