Müştəriləri aldadan “Apple” MİLYONLAR ÖDƏYƏCƏK
06 oktyabr 2021 17:03 (UTC +04:00)

Müştəriləri aldadan “Apple” MİLYONLAR ÖDƏYƏCƏK

“AppleCare”in bir hissəsi olaraq, müştərilərinə yeni telefonlar əvəzinə yenilənmiş qurğular verən dünyanın aparıcı smartfon istehsalçılarından olan “Apple” bir sərvət dəyərində cərimə ödəməyi qəbul edib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, “Apple” buna görə 95 milyon dollar ödəyəcək.

Məlumata görə, təxminən beş ildir “Apple” müştəriləri aldatmaqda günahlandırılır. “AppleCare” proqramında şirkətin müştərilərə yeni “iPhone”lar deyil, yenilənmiş smartfonlar payladığı ortaya çıxıb. “Apple”, təkmilləşdirilmiş cihazların ABŞ qanunlarının tələb etdiyi kimi, performans baxımından ekvivalent olduğu səbəbiylə heç bir səhv etmədiyini israr edib. Sonda şirkət bu israrından əl çəkib və ona qarşı açılan iddia ilə razılaşıb. 2012 -ci ildən sonra “AppleCare” proqramına qoşulan müştərilərə tam 95 milyon dollar təzminat ödəməyi qəbul edib.

Sözügedən pulun təxminən 68 milyon dolları “iPhone” müştərilərinə ödənəcək. Qalan məbləğ isə illərdir davam edən davanın xərcləri olacaq.

# 2196
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar