“Lenova” şirkəti məşhur “ThinkPad” seriyasının kompüterlərindən ilhamlanaraq yeni “Motorola” telefonunu təqdim edəcək.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, telefonun dizaynı “Motorola Moto X40 Pro” smartfonun markası ilə demək olar ki, eynidir. Cihaz “ThinkPhone” loqosu olan korpusla əhatə olunub.
O 50 meqapiksellik üçlü kamera və displeyin mərkəzində yerləşən ön kameraya malikdir.
Qeyd edək ki, “Motorola” və “ThinkPad” brendinin istehsal hüquqlarını uzun illər əvvəl “Lenova” şirkəti alıb.