Məşhur Apple M3 Ultra   ilə bağlı yeni məlumat yayıldı
15 avqust 2023 15:42 (UTC +04:00)

Məşhur Apple M3 Ultra ilə bağlı yeni məlumat yayıldı

“Apple M3 Ultra” prosessoru barəsində məlumatlar yayılıb.

Lent.az “Bloomberg” saytına istinadən xəbər verir ki, məlumatlarda M3 Ultra hansı sayda CPU və GPU nüvələrini əldə edəcəyi qeyd edilib.

Beləliklə bildirilib ki, “M3 Ultra” prosessoru 32 ədəd CPU nüvəsini (24-ü performanslı, 8-i enerji effektivli) və 64 ədəd GPU nüvəsini əldə edəcək. Ancaq bu göstəricilər “M3 Ultra”nın adi versiyası üçün nəzərdə tutulub. Belə ki, prosessorun ən flaqman versiyası 80 ədəd GPU nüvəsinə sahib olacaq.

 

# 2322
avatar

Oxşar yazılar