18:50 27 aprel 2021

“Marsın fəthi qurbanlar tələb edəcək, lakin buna dəyər” – MACƏRA DOLU AÇIQLAMA

“Marsın fəthi qurban tələb edəcək, bu qədər təhlükəli, həyəcanverici bir macəra üçün könüllü çox azdır”.

Lent.az xəbər verir ki, bunu “Tesla” və “SpaceX”in rəhbəri Elon Mask CNN telekanalına  müsahibəsində bildirib.

Mask bildirib ki, Marsa ilk turlarda çoxları öləcək: “Oraya getmək asan deyil. Təbii ki, Marsa getmək hər kəs üçün deyil. Heç kəsi ora getməyə məcbur etmirik, hər şey könüllülük əsasındadır. Təhlükəyə baxmayaraq, uçuşda iştirak etmək istəyənlər daha çoxdur”. 

Layihə rəhbəri təəssüflə qeyd edib ki, lakin könüllü şəkildə müraciət edənlər çox azdır: “Bəşəriyyətin müxtəlif planetlərdə yaşayan bir növə çevrilməsi lazımdır, çünki mövcudluğa qarşı daima nəzarət etmək üçün tamamilə mümkün olmayan təhdidlər olacaq. Məsələn, üçüncü dünya müharibəsi başlaya bilər”. 

“SpaceX”in rəhbəri deyib ki, bu, möhtəşəm bir macəra, inanılmaz bir təcrübə olacaq: 

“Bəli, ölə bilərsiniz. Çox narahat olacaq, yeməklər çox yaxşı olmayacaq. Sınaqlar nə qədər çətin və təhlükəlidirsə, buna dəyər. Çünki Mars möhtəşəm, macəra dolu bir məkandır”.

Qeyd edək ki, “SpaceX” Marsa uçuşlar üçün 100 nəfərlik “Starship” kosmik gəmisini hazırlayır.
Maskın açıqlamasına görə, 2030-cu ilə qədər planetə ilk uçuş mümkün olacaq.

# 1803
avatar

Rəsul SARI

Oxşar yazılar