Avstraliya hökuməti iyulda bir qoyun fermasından tapılan metal parçasının kosmik raketə aid olduiğunu təsdiqləyib.
Lent.az-ın xəbərinə görə, hökumət bildirib ki, söhbət Space X şirkətinin raketlərindən birinə məxsus detaldan gedir. Çobanlar metal məmulatı qoyun fermasında aşkar etdikdə dövlət qurumlarına xəbər veriblər. Maraqlıdır ki, kosmik tullantının düşməsi zamanı heç bir səs eşidilməyib.