Ceyms Veb teleskopu sayəsində NASA kainatın indiyədək çəkilməyən ən uzaq nöqtəsinin fotosunu təqdim edəcək.
Lent.az xəbər verir ki, bunu NASA-nın rəhbəri Bil Nelson bildirib.
“Bu ərazi o qədər uzaqdır ki, bəşəriyyət əvvəllər buranı görə bilməyib” – deyə Nelson əlavə edib.
Foto iyulun 12-də təqdim ediləcək.
10 milyard dollara başa gələn Ceyms Veb teleskopu dekabrda fəzaya buraxılıb və hazırda Yerdən 1,5 milyon km məsafədədir. Teleskop qalaktikaları və ekzoplanetləri izləməyə imkan verir. Nadir cihazın 20 il istismar edilməsi nəzərdə tutulur.