“Honor” şirkəti qabaqcıl “Honor Magic 6” smartfonunu elan edib.
Lent.az xəbər verir ki, yeni mobil cihaz istifadəçinin gözlərini izləməklə telefonla qarşılıqlı əlaqə yaratmağa imkan verən yeni “Magic Capsule” texnologiyası ilə təchiz edilib.
Yeni smartfon funksiya proqramlarını açmağa, baxış istiqamətinizi dəyişməyə və müxtəlif cihaz funksiyalarını idarə etməyə imkan verir.
Bundan əlavə, “Honor Magic 6” telefonu “Qualcomm”un süni intellekt sistemindən istifadə edən virtual köməkçi ilə təchiz edilib. Bu köməkçi cihazda videonu emal etmək və redaktə etmək, müəyyən edilmiş parametrlər əsasında qısa videolar yaratmaq qabiliyyətinə malikdir.
Smartfon flaqman “Qualcomm Snapdragon 8 Gen 3 SoC” əsasında hazırlanıb. “Honor” nümayəndələri hələ “Honor Magic 6”nın dəqiq buraxılış tarixini açıqlamayıblar. Ancaq bildirilib ki, onların yeni flaqman platformasındakı telefonlar yaxın həftələrdə satışa çıxarılacaq.