İstənilən yaşda olan sürücülər üçün  ideal 4 ucuz avtomobil
22 mart 2025 14:38 (UTC +04:00)

İstənilən yaşda olan sürücülər üçün ideal 4 ucuz avtomobil

Sürücülər yaşlandıqca daha çox təhlükəsiz və baxımı asan nəqliyyat vasitələrinə diqqət yetirirlər. Həmçinin, modelin idarə edilməsinin asanlığı mühüm rol oynayır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, idarə etmək asan olan 4 ucuz krossoveri açıqlanıb. Qeyd olunur ki, bu modellər pensiyaçılar və gənc sürücülər üçün idealdır.

Mazda CX-5

Mazda CX-5 təkcə rahatlıq və sərfəli qiymətə deyil, həm də avtomobilin nə qədər qəşəng görünməsinə dəyər verənlər üçün ideal seçimdir. Bu model bütün meyarlara cavab verir.

Bildirilir ki, Mazda CX-5 təqaüdçülər üçün əla seçimdir. Bu avtomobil özünün xoş idarəçiliyi və rahatlığı üçün yüksək qiymətləndirilib.

Buick Encore GX

İddialara görə, bu avtomobilin rahatlığı və yığcamlığı sürücülərin xoşuna gələcək. Ölçülərinə baxmayaraq, model kifayət qədər geniş interyer təklif edir.

Qeyd edilir ki, Buick Encore GX yüksək təhlükəsizlik və etibarlılıq reytinqləri təklif edir. Model həm də bir çox rəqiblərdən daha münasibdir.

Subaru Crosstrek

Ekspertlər hesab edir ki, Subaru Crosstrek daha böyük avtomobillərə alternativ axtaranlar üçün yaxşı seçim ola bilər. Bu model zəngin avadanlıq və çoxlu sayda sürücüyə yardım sistemləri təklif edir.

Bundan əlavə, vurğulanır ki, “Subaru Crosstrek”in rahat asması var və idarəetmə elementləri rahat yerləşdirilib.

Toyota RAV4

Toyota RAV4 zəngin avadanlıq təklif edir, lakin bir çox rəqiblərdən daha sərfəli qiymətə malikdir. O, həm də xoş idarəetmə ilə kifayət qədər rahat bir modeldir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2408

Oxşar yazılar