Yeni “iPhone” modellərindən polis bölmələrinə yalan şikayətlərlə bağlı çoxlu zənglər gəldiyi açıqlanıb.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu barədə ABŞ və Kanadanın fövqəladə hallar xidmətinin nümayəndələri açıqlama verib.
Onlar buna görə çox məyus olduqlarını bildiriblər. Məlumata görə, bunlar əsasən turizm bölgələrində baş verir.
Polislərin sözlərinə görə, yalan çağırışların sayı onlarladır:
“Belə həyəcan siqnallarının sayının artması bir sıra problemlərə gətirib çıxara bilər”.
“Apple” şirkəti məsələ ilə bağlı hələlik açıqlama verməyib.