İngilis mütəxəssislər “iPhone”larda təhlükəsizlik qüsuru aşkarlayıblar. Belə ki, telefon kilidli olsa belə, təmassız ödənişlərin edilməsi mümkündür. Bu səbəbdən səlahiyyətlilər, “kredit kartlarınızı “iPhone”da saxlamayın”, deyərək xəbərdarlıq ediblər.
Lent.az xarici KİV-ə istinadən məlumatına görə, tədqiqatçılar sübut ediblər ki, “iPhone”un zəifliyi fırıldaqçılara istifadəçinin parolunu bilmədən təmassız ödəniş etməyə imkan verir. Bu problemin yalnız “Visa” kartdan istifadə edən “iPhone” sahibləri üçün olduğu ortaya çıxıb.
Mütəxəssislərin fikrincə, yalnız “ApplePay” və “Visa” istifadəçiləri hədəfdədir.
“Mastercard” və ya “Samsung Pay” kimi tətbiqlərin bu zəiflikdən təsirlənmədiyi bildirilib. Hər kəsə telefonlarından kartları çıxarmaq tövsiyə edilib.
“Visa”dan mövzu ilə bağlı cavab gecikməyib. "Visa" istifadəçilərinə kartlarının təhlükəsiz olduğunu və kart sahiblərinin bundan "təhlükəsiz" istifadə etməyə davam etmələrini vurğulayıb.