İnstagram hekayələrində daha bir YENİLİK
14 fevral 2021 19:56 (UTC +04:00)

İnstagram hekayələrində daha bir YENİLİK

Dünyanın ən populyar sosial media tətbiqləri olan Facebook və Instagram, Çinlilərin 12 illik heyvan tsiklinin ikinci ilini təmsil edən öküz İli üçün mobil tətbiqdə etiketlər və effektlər əlavə etib.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, indidən etibarən Instagram tətbiqini ən son versiyaya yenilədiyiniz zaman hekayələr sırasının üstündə qırmızı öküz işarəsi olan bir hekayə görürsünüz. Bu hekayəni açdığınızda, "İnstagram”ın Öküz ili etiketini və ya AR filtrli hesabların hekayələrinə baxa bilərsiniz.

İstifadəçilər hekayə paylaşarkən etiket hissəsindən öküz etiketi əlavə edərək öz hekayələrini də “Öküz ili” trendinə sala bilərlər.

# 3108
avatar

Oxşar yazılar