İnstagram hekayələri üçün daha bir yenilik!
04 fevral 2021 19:10 (UTC +04:00)

İnstagram hekayələri üçün daha bir yenilik!

Son zamanlar yenilikləri ilə tez-tez gündəmə gələn İnstagram-ın hekayə keçidlərini üfiqi formatdan şaquli formata keçirəcəyi haqqında məlumat yayılıb. Yəni hekayələr arasında keçid TikTok-da olduğukimi aşağıdan yuxarı doğru olacaq.

Bir Twitter istifadəçisi tərəfindən kəşf edilən xüsusiyyət hələlik prototip mərhələsindədir. Xüsusiyyətin nə vaxt sınaqdan keçiriləcəyi və istifadəyə veriləcəyi məlum deyil. İnstagram yayılan məlumatdan sonra "Bu sadəcə bir prototipdir və hələ İnstagram-da sınaqdan keçirilmir" açıqlamasını verib.

Sosial şəbəkələrin telefonlarda daha çox istifadə edildiyini və üfiqi keçidin rahat olduğunu nəzərə alsaq, bu yenilənmə ilə İnstagram hekayə aktivliyini artıra biləcək.

# 3297
avatar

Oxşar yazılar