İnsanları üzdən tanıya bilən ROBOTLAR -  VİDEO
22 noyabr 2021 23:20 (UTC +04:00)

İnsanları üzdən tanıya bilən ROBOTLAR - VİDEO

Çin insanları üzdən tanıya bilən robotlar istehsal edib.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Çinin Hubei əyalətinin Uhan şəhərində keçirilən Sənaye İnternet Konfransında “CyberDog” adlı robot təqdim edilib.

Bildirilir ki, bu robot texnologiya nəhəngi “Xiomi” tərəfindən hazırlanıb.

Məlumata görə, “CyberDog”da 11 sensor var. Bu sensorlar vasitəsilə robot sahibini izləyə və maneələri aşa bilir. Hətta  üzərindəki mikrofonlar sayəsində insan üzlərini tanıya və səsli əmrlərə cavab verə bildiyi də açıqlanıb.

# 2217
avatar

Sevinc Fərid

Oxşar yazılar