İnformasiyanın ötürülməsində YENİ REKORD  qırılıb
27 oktyabr 2022 09:38 (UTC +04:00)

İnformasiyanın ötürülməsində YENİ REKORD qırılıb

Dünyada ilk dəfə rəqəmsal məlumatların saniyədə 1 Pbit-dən (petabit) daha yuxarı ötürülmə sürətini əldə ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, informasiyanın öütürülməsi vaxtı 1.84 Pbit (saniyədə 1.8 milyon Gbit) sürət əldə edilib. Bu isə dünyanın bütün internet trafikini 2 dəfə üstələməsi deməkdir.

Sınaq zamanı alimlər optik lazerdən və optik çipdən istifadə ediblər.

Qeyd edək ki, hamının işlətdiyi adi evdəki internet sürəti saniyədə bir neçə yüz Mbit təşkil edir. Bu isə saniyədə 1 Pbit sürətdən milyonlarla dəfə aşağıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2964
avatar

Sevinc Fərid

Oxşar yazılar