Ən bahalı brend “Apple” seçildi: 947 milyard...
18 iyun 2022 17:27 (UTC +04:00)

Ən bahalı brend “Apple” seçildi: 947 milyard...

“Apple” bahalı və qiymətli brendlər reytinqində birincilik qazanıb.  

Lent.az xəbər verir ki, bu barədə “Bloomberg” xəbər portalı məlumat yayıb.

Məlumata görə, əvvəllər lider olan “Amazon” şirkəti üçüncü sıraya düşüb. İkinci yerdə isə “Google” qərarlaşıb. 

Reytinqin tərtibçisi “Apple” brendini 947 milyard dollar dəyərində qiymətləndirib. “Google” 820 milyard, “Amazon” isə 706 milyard dollar gəlir əldə edib. 

Qeyd edək ki, təxminən 7 ildən sonra “Apple” şirkəti “Amazon”u taxtından salaraq, dünyanın ən dəyərli brendi adını yenidən qazanıb. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4101
avatar

Sevinc Fərid

Oxşar yazılar