ABŞ Ədliyyə Departamenti Federal Təhlükəsizlik Bürosu və fransız tərəfdaşları ilə birlikdə PlugX zərərli proqram təminatını ABŞ-da 4200-dən çox və Fransada daha minlərlə kompüterdən məsafədən silib. Casusluq və məlumat toplamaq üçün istifadə edilən virus 170-dən çox ölkədə cihazlarda aşkar edilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, cinli haker qrupları Mustang Panda və Twill Typhoon tərəfindən yaradılmış PlugX, Çin hökuməti tərəfindən dəstəklənib və USB portları vasitəsilə virusa yoluxmuş qurğular olub. Bundan sonra virus qurbanların fayllarına giriş əldə edib və onları təcavüzkarlara ötürüb.
ABŞ xüsusi xidmətinin məlumatına görə, əməliyyat Çinlə əlaqəli haker hücumlarına ən böyük cavab tədbirlərindən biridir. Bununla belə, infeksiyanın miqyası daha böyükdür: ilkin məlumatlara görə, dünyada milyonlarla cihaz təhlükə altında qalır.
Təhqiqatda iştirak edən fransız kibertəhlükəsizlik şirkəti Sekoia.io Fransada 3000 kompüterdə PlugX olduğunu təsdiqləyib. Virusun aradan qaldırılması əməliyyatı 2024-cü ilin avqustundan davam edir və hüquq-mühafizə orqanları ilə razılaşdırılaraq həyata keçirilib.
ABŞ provayderləri təsirə məruz qalmış cihazların sahiblərinə virusun zərərsizləşdirilməsi barədə məlumat verəcək, lakin ABŞ və Fransa hökumətləri gələcəkdə oxşar hücumların qarşısını almaq üçün daha güclü kibertəhlükəsizlik tədbirlərinə çağırır.