Mütəxəssislər smartfonu uzun müddətdə şarj cihazında saxlamağın zərərlərini açıqlayıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi insanlar smartfonun batareyasını doldurduqdan sonra tez-tez şarj cihazını elektrik yuvasından ayırmağı unudur. Bununla belə, bu vərdiş çox təhlükəlidir və ondan imtina etmək lazımdır.
Şarj cihazından istifadə edərkən diqqətli olmaq lazımdır. Aşağı və yüksək temperatur smartfona mənfi təsir göstərir. Buna görə də smartfon uzun müddət soyuqda və ya günəş şüası altda qalarsa, onu şarj etmək olmaz. Həmçinin smartfonu uzun müddət şarj cihazında saxlamaq düzgün deyil. Bu smartfonun daxilində bir sıra ciddi problemlərə səbəb ola bilər.