Dələduzlar saxta Apple təqdimatı ilə 69 min dollar qazanıblar
27 sentyabr 2021 15:17 (UTC +04:00)

Dələduzlar saxta Apple təqdimatı ilə 69 min dollar qazanıblar

Hər yeni iPhone təqdimatı İT sahəsində böyük hadisə hesab edilir. Hətta dələduzlar da bu cür hadisədən yan keçə bilmirlər.

Lent.az technote-yə istinatla bildirir ki, bu dəfə dələduzlar rəsmi Apple saytını kopyalayaraq diqqətsiz istifadəçilər sayəsində 69 min dəyərində bitcoin qazana biliblər. Sentyabrın 14-də əksər insanların Apple şirkətinin rəsmi təqdimat tədbirini izlədikləri bir vaxtda dələduzlar saxta video hazırlamışdılar və həmin videoda Tim Cook-un köhnə müsahibələri əks olunmuşdu. Videoda tez-tez ortaya çıxan mesajda istifadəçilərin www.2021.apple.org saytına daxil olmaları məsələhət görülürdü.

Məlumatda əks olunmuşdu ki, həmin saytda bitcoinlərin paylanması baş verir. Bu dələduzluq üsulundan nə qədər insanın zərər çəkdiyi barəsində məlumat yoxdur. Lakin məlum olan odur ki, dələduzlar bunun sayəsində 69.000$ vəsait qazanıblar. Saytda əks olunmuş mesajda bildirilmişdi ki, istifadəçilər QR kodun skanını keçirərək Apple şirkətinin elektron portmanatına 0.1 bitcoindən 20 bitcoinə kim vəsait göndərməlidirlər.

Tranzaksiyanın təsdiqlənməsindən sonra isə dələduzlar göndərilmiş məbləğin ikiqat şəkildə geri göndərilməsini söz vermişdilər. Çox güman ki, istifadəçilərin əksər hissəsi bunun dələduzluq olduğunu anlamışdı. Belə ki, dələduzlar tərəfindən yaradılmış saytda çoxlu sayda qrammatik səhvlər var idi və saytın özü Apple şirkətinə məxsus olmayan ünvana sahib idi. Lakin buna baxmayaraq bəzi istifadəçilər bu cür üsula aldana biliblər. Hal hazırda sözügedən sayt bloklanıb.

 

# 2595
avatar

Oxşar yazılar