Çin şirkəti  qadınlar üçün   smartfon buraxacaq
09 oktyabr 2021 22:17 (UTC +04:00)

Çin şirkəti qadınlar üçün smartfon buraxacaq

“Huawei” qadınlar üçün qatlana bilən bir smartfon üzərində işləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, ilk cinsiyyət yönümlü qatlana bilən telefonun yaradılacağı barədə Çinin məşhur insayderi "Digital Chat Station" məlumat yayıb.

Müəllif “Weibo”dakı bloqunda, “Huawei”in qadın auditoriyası üçün cihaz kimi yerləşdiriləcək smartfon buraxacağını söyləyib.

Mütəxəssis cihazın hansı səbəblərdən qadınlar üçün nəzərdə tutulduğunu açıqlamayıb.

Bununla bərabər, müəllif ağıllı telefonun qapaqlı bir formada olacağını, yəni açılacağını və şaquli qatlanacağını deyib. Mənbə yeni “Huawei” cihazının nə vaxt satışa çıxarılacağını bildirməyib.

Çin korporasiyasının ən son qatlana bilən smartfonu fevral ayında buraxılan Mate X2-dir. Cihaz iki yarıdan ibarətdir, içərisində səkkiz düymlük OLED ekran, xaricində-6.45 düymlük ekran var.

Telefon Kirin 9000 çipi ilə təchiz edilib, səkkiz gigabayt RAM, 50, 12, 8 və 16 meqapiksellik dörd linzalı Leica kamerasına malikdir.

# 2889
avatar

Oxşar yazılar