Android telefonlarında olan təqvim bir çox smartfonda işləməyi dayandıracaq.
Lent.az xəbər verir ki, Androiddə quraşdırılmış “Google Təqvim” tezliklə bəzi köhnə telefonlar üçün deaktiv ediləcək.
Şirkət bundan əvvəl Androidin köhnə versiyalarının da “Chrome” dəstəyini itirəcəyi barədə xəbərdarlıq etmişdi.
Telefonlarını dəyişməyi sevməyən istifadəçilər bu vəziyyətdən əziyyət çəkəcəklər.
Təqvim proqramının işləməsi üçün smartfonunu Android 8.0 və ya sistemin sonrakı versiyasına yeniləməlisiniz.
Smartfonunuzu yeniləməyincə və ya ən son OS ilə cihaz almadan proqramdan istifadə etmək mümkün olmayacaq.
Android 7 hələ 2016-cı ildə buraxılsa da, 2023-cü ildə Android istifadəçilərinin 2,6 faizi hələ də bu əməliyyat sistemini quraşdırıb. Beləliklə, söhbət təqvimə girişi itirəcək on milyonlarla qadcetdən gedir. Ən populyar Android versiyası 22,4 faiz payla 13-dür.