Artıq hər şeyinizi  "Facebook"da   sata bilərsiniz - YENİLİK
03 sentyabr 2021 14:31 (UTC +04:00)

Artıq hər şeyinizi "Facebook"da sata bilərsiniz - YENİLİK

"Facebook" sosial şəbəkə platformasında yenilik edilib.

Lent.az xəbər verir ki, COVID-19 pandemiyası səbəbindən onlayn alış-verişin geniş istifadə olunmasından sonra "Facebook" şirkəti izləyicilərinin aktivliyini saxlamaq və artırmaq üçün "Marketplace" adlı yeni bölmə yaradıb.

Qeyd edək ki, sosial şəbəkənin "Marketplace" adlı bölməsi artıq bir neçə ildir ki, dünyanın 60-dan çox ölkəsində istifadəyə verilib. Azərbaycanda isə bu bölmədən istifadə etmək üçün imkanlar yeni yaradılıb. "Marketplace"də həm yeni məhsulları, həm də ikinci əl əşyaları satmaq mümkündür.

"Marketplace" vasitəsilə məhsulları necə satmaq olar?

1. İlk olaraq "Facebook" hesabına daxil olursunuz.

2. "Marketplace" bölməsini seçirsiniz.

3. Satacağınız məhsulun fotolarını yerləşdirirsiniz.

4. Elanınız üçün diqqət çəkəcək başlıq, məhsul haqqında məlumatları yerləşdirdikdən sonra isə yayımlayırsınız.

 

 

# 3735
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar