“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür – YENİLİKLƏR
26 yanvar 2026 04:41 (UTC +04:00)

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür – YENİLİKLƏR

0

“Apple” bu il mövcud cihazlarını yeniləməklə yanaşı, ağıllı ev, qatlanan “iPhone” və artırılmış reallıq kimi yeni sahələrə daxil olmağı planlaşdırır.

Lent.az xəbər verir ki, ən çox diqqət çəkən yeniliklərdən biri A18 çipli ağıllı ev mərkəzidir. 6–7 düymlük kvadrat ekrana malik olacaq bu cihaz evin əsas idarəetmə nöqtəsi kimi işləyəcək. Şirkət həmçinin “Face ID” dəstəkli ağıllı qapı zənginin də üzərində çalışır.

“Apple” daha uyğun qiymətli yeni “MacBook” da hazırlayır. Rəngli variantlarla gəlməsi gözlənilən bu model 12,9–13 düymlük ekrana və M1 səviyyəsində performansa malik olacaq.

İlin ən böyük yeniliyi isə kitab formasında açılan qatlanan “iPhone”dur. Samsung istehsalı qırışmayan ekranla gələcəyi və “Face ID” əvəzinə “Touch ID” istifadə oluna biləcəyi bildirilir.

Bundan əlavə, “Apple” artırılmış reallıq eynəklərini də bu il təqdim etməyi planlaşdırır. Səs idarəsi, sağlamlıq izləmə və kamera funksiyaları olan bu eynəklər, geyilə bilən texnologiyada yeni addım kimi dəyərləndirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar