Apple 6G texnologiyası üzərində işləyir
19 fevral 2021 13:42 (UTC +04:00)

Apple 6G texnologiyası üzərində işləyir

“Apple”ın 5G dəstəyinə sahib ilk telefonları olan iPhone 12 seriyası keçən payızda tanıdılıb.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, şirkət növbəti addım üçün işə başladığı görünür. Yeni yayılan xəbərlərə görə Apple digər şirkətlərə güvənmək əvəzinə 6G dövründə birbaşa lider olmağı planlaşdırır. 

“Apple”ın iş elanı göstərir ki, şirkət mövcud və yeni nəsil şəbəkələrdə işləmək üçün simsiz sistem araşdırma mühəndisləri axtarır. Elanda bildirilir ki, işə qəbul olunan şəxslər “Apple”ın Silikon Vadisi və San Dieqodakı ofislərində çalışacaqlar. Şirkət bu ofislərdə simsiz texnologiya inkişafı və çip dizaynı üzərində işləyir.

İş elanında aşağıdakı ifadələr yer alır: "Apple-ın gələcək məhsullarına böyük təsir göstərəcək yeni nəsil simsiz texnologiyanın formalaşmasına töhfə vermək imkanınız olacaq. Bu rolda siz yenilikçi texnologiya tədqiqat qrupunun mərkəzində olacaqsınız və yeni nəsil texnologiyanın formalaşmasında rol alacaqsınız.”

# 2838
avatar

Oxşar yazılar