Android istifadəçilərinə XƏBƏRDARLIQ:   Məlumatlarınız oğurlana bilər...
28 noyabr 2022 10:24 (UTC +04:00)

Android istifadəçilərinə XƏBƏRDARLIQ: Məlumatlarınız oğurlana bilər...

“Google” məşhur Android smartfonlarının istifadəçilərinə beş təhlükəli boşluq barədə xəbərdarlıq edib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri təhlükənin cihaz üzərində nəzarətin tamamilə itirilməsinə səbəb ola biləcəyini açıqlayıb.

“Bu boşluqlardan biri nüvə yaddaşının korlanmasına, ikincisi fiziki yaddaş ünvanlarına girişin açılmasına, qalan üçü isə virtual yaddaşın fiziki səhifələrində dəyişiklik etməyə imkan verir. Bu da nəticədə təcavüzkarların cihazlarda məlumatları oxuya və yaza bilməsinə gətirib çıxarır”, - deyə xəbərdarlıq edilib.

Qeyd olunur ki, bu boşluqlar yayda aşkarlanıb. Aşkarlanan boşluqlar məlumat verilsə də, bununla belə, ekspertlərin müəyyən etdiyi kimi, Pixel, Samsung, Xiaomi, Oppo və digərləri də daxil olmaqla bir neçə markanın istehsalçıları hələ də zəiflikləri aradan qaldırmayıb.
 

# 2610
avatar

Fidan İlqar

Oxşar yazılar